Sağlamlıq

Yaddaşımız niyə zəifləyir?

Yaddaşsızlıq, ya da tibbi dildə desək, amneziya, fərdlərin həyatına ciddi təsir edə bilən psixoloji və ya nevroloji problemlərdən biridir.  Bəs bu problemin əsas səbəbləri nələrdir? 

Mövzu ilə bağlı tibb üzrə ekspert Aydın Əliyev Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, həyat şəraitimiz, ekoloji vəziyyət, ictimai gərginliklər, ailədaxili problemlər, stresslər, uyğunsuz davranışlar, işdəki problemlər, dözümsüzlük, hava və suyun çirklənməsi – bütün bunların kompleksində bir çox amneziya yarana bilir:

"Yaddaşın pozulmasının əsas səbəblərindən biri genetik ola bilər. Yaddaş beyində hər hansı bir müvafiq maddənin, məsələn, zülalın çatışmazlığı ilə əlaqəli ola bilər. Digər tərəfdən, həyat şəraiti də yaddaş problemlərinə təsir göstərə bilər. Sadə bir nümunə gətirim: Beyində çoxlu mərkəzlər mövcuddur. Bu mərkəzlər normal işlədikdə bir-birini tənzimləyir və insan daha səbrli, təmkinli olur. Lakin bu mərkəzlərdən biri həddindən artıq fəaliyyət göstərdikdə, digər mərkəzlərin sakitləşdirici və tənzimləyici funksiyaları zəifləyir, sanki həmin mərkəzlər unudulur.

Müasir gənclikdə bu problemlər çoxdur. Gənclər daim telefondan eyni bir məsələyə baxır və yalnız bir problem üzərində düşünürlər. Bəs digər beyin mərkəzləri nə edir? Axı həyat var, çiçəklər var, xoşbəxtlik var, çətinliklər var, qohumluq var, nəsil və kök var, dövlət var. İnsan beyni bütün bunları fikirləşməlidir. 

Bir də düzgün qidalanmamaq məsələsi var. Ayaqüstü yeməklər qətiyyən olmaz. Gördüyümüz kimi, problemlər həddindən artıq çoxdur".

Elnurə Kərimova

19:20 16.12.2024

Oxunuş sayı: 6115

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR