Şimali Makedoniyada seçkilər keçirilir

Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilər start götürüb.
Crossmedia.az xəbər verir ki, ölkənin 81 bələdiyyəsi üzrə sədrləri və şura üzvlərini müəyyən etmək məqsədilə 3480 seçki məntəqəsi yaradılıb. Ölkədə 1 milyon 832 min 415 seçici səsvermə hüququna malikdir.
Bələdiyyə sədri vəzifəsi uğrunda 309 namizəd, ümumilikdə isə seçki prosesində 10 490 namizəd mübarizə aparır. Seçkilərdə 644-ü xarici, 807-si yerli olmaqla 1451 müşahidəçi fəaliyyət göstərir. Namizədlər səslərin 50 faizdən çoxunu toplaya bilməsə, noyabrın 2-də ikinci tur keçiriləcək.
Qeyd edək ki, Şimali Makedoniyada hər 4 ildən bir yerli seçkilər keçirilir və bu, sayca 8-ci seçkidir. Daha əvvəl seçkilər 1996, 2000, 2005, 2009, 2013, 2017 və 2021-ci illərdə keçirilib.
13:20 19.10.2025
Oxunuş sayı: 1203