“The Telegraph” Zelenskini ələ saldı

Britaniyanın "The Telegraph" qəzeti Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a – Vaşinqtona səfərini satirik tərzdə təsvir edən bir karikatura yayımlayıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rəsmdə Zelenski üzərində belə yazı olan bir köynək geyinmiş şəkildə göstərilib:
"Vaşinqtona getdim və əldə etdiyim tək şey bu bərbad köynək oldu.”
Karikatura Zelenskinin ABŞ-dan əlavə hərbi yardım almaq cəhdlərinin uğursuz nəticələnməsinə eyham vurur və onun səfərinin gözlənilən nəticə vermədiyini satira yolu ilə ifadə edir.
Mehriban İbrahimli
15:00 19.10.2025
Oxunuş sayı: 1115