Məşhur gitarist Sem Rivers vəfat edib

Məşhur amerikalı rok qrupu “Limp Bizkit”-in bas gitaristi Sem Rivers 48 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı qrup öz rəsmi Instagram səhifəsində paylaşıb.
Paylaşımda qeyd olunub: “Bu gün biz qardaşımızı, qrup yoldaşımızı, ürəyimizi itirdik. Sem Rivers sadəcə bas gitarist deyildi – o, sehrin özü idi”.
Qeyd edək ki, “Limp Bizkit” qrupu 1994-cü ildə ABŞ-ın Florida ştatında yaradılıb. Qrup üç dəfə “Qremmi” mükafatına namizəd olub və indiyədək dünyada 40 milyondan çox albomu satılıb.
11:59 19.10.2025
Oxunuş sayı: 1445