Müalicə məqsədi ilə ölkəyə gələn turistlərin sayı artıb

Müalicə məqsədi ilə ölkəyə gələn turistlərin sayında artım müşahidə edilir.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda deyib.
Onun sözlərinə görə, hazırda xüsusilə Naftalan istiqamətində keçmiş postsovet ölkələrindən gələn turistlərin sayı ildən-ilə artır:
“Bu istiqamətdə də müəyyən işlər görməyə davam edirik. Bilirsiniz ki, Prezident İlham Əliyev Naftalan neftinin sağlamlıq turizimdə istifadəsi ilə bağlı sərəncam verib. Bu istiqamətdə işlər aparılır. Burda həmin xidmətlərin müalicə tərəflərinin dəqiqləşdirilməsi və genişləndirilməsi və dünya standartlarına çatdırılması üçün müəyyən proqram icra edilir”.
Agentlik rəsmisi qeyd edib ki, Azərbaycan növbəti illərdə özünün müalicə xidmətləri ilə, xüsusi paketləri ilə fərqlənə bilər".
11:50 15.10.2025
Oxunuş sayı: 646