SEPAH-dan ABŞ-yə açıq hədə: Fars körfəzində bazalar vurula bilər
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzinin cənubunda yerləşən ABŞ hərbi obyektlərini “zərərsizləşdirməyə hazır olduğunu” bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı SEPAH-ın Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqarinin açıqlamasına istinadla məlumat yayıb.
Zülfiqari iddia edib ki, son 24 saat ərzində SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından hər hansı gəminin keçməsinin qarşısını alıb və bölgədə gərginliyin artdığını bildirib. O həmçinin Fars körfəzinin cənubundakı ABŞ hərbi bazalarının yaxın vaxtlarda “istismardan çıxarılacağını” iddia edib.
Bəyanatın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş verən dron hücumundan sonra verildiyi qeyd olunur. Məlumata görə, dronlar Əl-Dhafra bölgəsi yaxınlığında, Barakah atom elektrik stansiyası ətrafındakı obyektə zərbə endirib və generatorlardan birində yanğına səbəb olub.
09:47 18.05.2026
Oxunuş sayı: 37