5,2 ballıq zəlzələ yaşayış binalarını dağıdıb
Çinin cənubunda baş verən 5,2 bal gücündə zəlzələ nəticəsində 7 mindən çox insan təxliyə edilib.
Crossmedia.az xəbər verir ki, təbii fəlakət zamanı azı 13 yaşayış binasına ciddi ziyan dəyib.
Məlumata görə, dörd nəfər xəstəxanaya yerləşdirilib, daha üç nəfərin isə itkin düşdüyü bildirilir.
Hazırda bölgədə axtarış-xilasetmə və zərərin qiymətləndirilməsi işləri davam edir.
09:39 18.05.2026
Oxunuş sayı: 39