Rusiya Ukraynaya yenidən ağır zərbələr endirib
Rusiya Ukraynaya qarşı kütləvi hava hücumu həyata keçirib.
Crossmedia.az xəbər verir ki, hücum nəticəsində Ukraynanın Dnepr şəhərində azı 18 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, partlayış səsləri Odessa vilayəti, Çerniqov vilayəti və Zaporojye vilayətində də eşidilib.
Hücumların miqyası və mümkün dağıntılar barədə əlavə məlumatların dəqiqləşdirildiyi qeyd olunur.
09:22 18.05.2026
Oxunuş sayı: 39