Premyer Liqanın qalibi olan "Sabah" mükafatlandırılıb
Futbol üzrə Misli Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan "Sabah" komandası mükafatlandırılıb.
Crossmedia.az xəbər verir ki, qızıl medalları futbolçulara AFFA prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.
Bundan sonra isə "Sabah"ın kapitanlarına kubok təqdim olunub.
21:20 17.05.2026
Oxunuş sayı: 37