Naxçıvana ayrılan vəsait azaldıldı - SƏBƏB
Naxçıvan Muxtar Respublikasına (MR) dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, eyni məbləğdə vəsait Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir.
"2025-ci ilin dövlət büdcəsində ölkə Prezidentinin müvafiq fərmanı ilə Naxçıvanın Dövlət Energetika və Su Ehtiyatları agentliklərinin səlahiyyətlərinin müvafiq olaraq “Azərenerji” və “Azərişıq” ASC-lərə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlı müvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurəti yaranıb", - deyə nazir əlavə edib. (Modern)
07:47 16.12.2024
Oxunuş sayı: 5157