Bahar Muradova: WUF13 həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün faydalıdır
Forumun Azərbaycanda keçirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan artıq beynəlxalq səviyyəli böyük tədbirlərə uğurla ev sahibliyi edən ölkə kimi tanınır. Belə forumların Bakıda təşkili həm ölkənin nüfuzunu artırır, həm də dünya ictimaiyyətini narahat edən vacib məsələlərin müzakirəsi üçün yüksək səviyyəli platforma yaradır.
Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Crossmedia.az-a açıqlamasında Ailə Qadın və Uşaq Probleməri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O, qeyd edib ki, bu cür tədbirlər Azərbaycanın təşkilatçılıq imkanlarını və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirir: "Hazırda 182 ölkənin iştirak etdiyi belə genişmiqyaslı forumu keçirmək böyük məsuliyyət, peşəkarlıq və təcrübə tələb edir. Azərbaycan isə bunu yüksək səviyyədə həyata keçirməyə qadir olduğunu bir daha sübut edir. Forum həm də qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, yeni əməkdaşlıq imkanlarının yaradılması və Azərbaycanın öz nailiyyətlərini dünya ictimaiyyətinə təqdim etməsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, ölkəmizin son illərdə keçdiyi inkişaf yolu və müxtəlif sahələrdə əldə etdiyi uğurlar geniş auditoriyaya çatdırılır. Bu baxımdan forum həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün faydalı və önəmli platformadır.
Ayhan
13:55 17.05.2026
Oxunuş sayı: 66