Bu ilin dörd ayında 139 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 139 min 300 nəfəri aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Crossmedia.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 52 min şəxs münasib işlərlə təmin olunub, 254 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Dörd ayda 5 min 600 nəfər üçün peşə hazırlığı kursları təşkil olunub, 81 min 500 şəxsə isə peşəyönümü xidmətlər göstərilib.
20:40 16.05.2026
Oxunuş sayı: 34