Kadir İnanırın səhhətində ciddi problem yaranıb
Yeşilçamın əfsanəvi simalarından biri olan Kadir İnanırın halı pisləşib.
Crossmedia.az xəbər verir ki, Mustafa Şekeroğlunun "Habertürk"dən verdiyi məlumata görə , yaxınları onun vəziyyətini hiss etdikdən sonra İnanır Beşiktaşdakı xəstəxanaya aparılıb.
Xəstəxanada ilkin müalicə aldıqdan sonra 77 yaşlı aktyor müayinələrdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Əlavə müayinələrdən sonra ona sətəlcəm diaqnozu qoyulduğu məlum olub.
O, uzun müddətdir ki, müalicə alır.
Beynində qan laxtası yarandıqdan sonra martın 24-ü 2024-cü ildə xəstəxanaya yerləşdirilən Kadir İnanır reanimasiya şöbəsində müalicə almışdı.
Aylarla davam edən müalicədən sonra evə buraxılmışdı, lakin sonradan inkişaf edən ağciyər infeksiyası səbəbindən əlavə müalicə aldığı məlum oldu.
22:32 15.05.2026
Oxunuş sayı: 62