Nəriman Axundzadə ABŞ klubunda növbəti oyununu keçirib
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" klubunda növbəti oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, 21 yaşlı hücumçu MLS-in müntəzəm mövsümün XIII turunun "Nyu-York Red Bulls"la səfər matçında meydana çıxıb. Gənc forvard 85-ci dəqiqədə Taha Habrunu əvəzləyib.
Qarşılaşma ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Kolambus Kryu” 12 xalla Şərq Konfransında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
10:08 14.05.2026
Oxunuş sayı: 45