Xankəndidə atəşfəşanlıq olub
Dünən, mayın 10-da Xankəndi şəhərində Şəhərsalma üzrə Dünya Forumu (WUF-13) çərçivəsində festival keçirilib. Festival yerli sakinlər və qonaqlar üçün əsl bayram ab-havası yaradıb.
Crossmedia.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, festival çərçivəsində möhtəşəm konsert proqramı təşkil olunub, tanınmış incəsənət xadimlərinin çıxışları böyük maraqla qarşılanıb. Bununla yanaşı, müxtəlif yaş qrupları üçün interaktiv oyunlar, əyləncə də təşkil olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi şəhər mühitində sosial həmrəyliyin gücləndirilməsi, ictimai iştirakçılığın təşviqi və Xankəndi şəhərinin yenilənən simasının beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.
01:17 11.05.2026
Oxunuş sayı: 46