Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb
Almaniyanın paytaxtı Berlində keçirilən paraüzgüçülük üzrə Dünya Seriyasına yekun vurulub.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın yeniyetmə paralimpiyaçısı Əli Vəliyev S10 kateqoriyasında 400 metr məsafəyə sərbəst üzmə üsulunda 4:37.18 nəticə ilə gənclər arasında gümüş medal qazanıb.
Qeyd edək ki, Ə.Vəliyev daha əvvəl 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda Dünya Seriyasının bürünc medalına layiq görülüb.
21:00 10.05.2026
Oxunuş sayı: 68