Gəncədə yerləşən şirkətlərdən birinin ərazisində yanğın olub
Gəncədə köhnə avtomobillərin utilizasiyası ilə məşğul olan şirkətlərdən birinin ərazisində yanğın olub.
Crossmedia.az xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğın söndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub.
Hadisə nəticəsində müəssisənin çöl hissəsində utilaziyaya verilən üç avtomobil və ərazidə olan şinlər yanıb. Hadisənin səbəbləri dəqiqləşdirilir. Yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanılıb.(Report)
20:16 09.05.2026
Oxunuş sayı: 49