İsrail Hizbullahın gizli bazalarını məhv edib
İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Hizbullaha məxsus Livandakı 85-dən çox hədəfə hava zərbələri endirdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücumlar zamanı silah anbarları, raket və atış meydançaları, hərbi binalar, eləcə də Bəqaa bölgəsində yerləşən yeraltı silah istehsalı obyekti hədəf alınıb. İsrail ordusu həmçinin Livanın cənubunda fəaliyyət göstərən silahlı qruplara qarşı əməliyyatlar həyata keçirib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, hücumlara cavab olaraq Hizbullah İsrail hərbçilərinin yerləşdiyi ərazilərə bir neçə raket zərbəsi endirib. Raketlərin hərbçilərin yaxınlığına düşdüyü, lakin itki qeydə alınmadığı vurğulanıb.
11:28 09.05.2026
Oxunuş sayı: 52