Rəsmi Tehran daxilində pərdəarxası idarəetmə iddiaları artır
CNN telekanalı ABŞ kəşfiyyatına istinadən İranın siyasi rəhbərliyində pərdəarxası proseslərlə bağlı yeni məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, məlumatda İranın Ali Rəhbəri Müctəba Xameneinin ölkə daxilində strateji proseslərə təsirini davam etdirdiyi bildirilir.
Qeyd olunur ki, Müctəba Xamenei atasının ölümü ilə nəticələnən hava hücumları zamanı yaralandıqdan sonra ictimaiyyət qarşısına çıxmasa da, Tehran rəhbərliyinin hərbi və diplomatik strategiyasına təsir göstərməyə davam edir.
Məlumata görə, o, aldığı xəsarətlərdən sağalır, əsasən təcrid olunmuş vəziyyətdə yaşayır və kommunikasiya üçün elektron vasitələrdən deyil, kuryerlərdən istifadə edir.
CNN-in iddiasına əsasən, ABŞ kəşfiyyatı İran rəhbərliyində qərarvermə prosesinin parçalanmış vəziyyətdə olduğunu düşünür. Bildirilir ki, gündəlik qərarların bir hissəsi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirləri və parlament sədri Mohammad Bagher Ghalibaf tərəfindən qəbul edilir.
Hesabatda qeyd olunur ki, Tehran hazırda ABŞ-ın münaqişəyə son qoymaqla bağlı təkliflərini nəzərdən keçirir və ölkə daxilində siyasi güc balansı qeyri-sabit olaraq qalır.
11:20 09.05.2026
Oxunuş sayı: 64