Hörmüz boğazında ABŞ və İran bir-birinə hücum edib
ABŞ və İran arasında Hörmüz boğazı yaxınlığında qarşılıqlı hücumlar baş verib.
Crossmedia.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, ABŞ Mərkəzi Komandanlığı - CENTCOM açıqlayıb ki, Amerika qüvvələri İranın hərbi obyektlərinə zərbələr endirib. Məlumata görə, əməliyyat İran İnqilab Keşikçiləri Korpusunun ABŞ esmineslərinə hücum cəhdinə cavab olaraq həyata keçirilib.
ABŞ tərəfi bildirib ki, İranın buraxdığı bütün raketlər, dronlar və hücum katerləri məhv edilib, Amerika qüvvələri isə itki və ya zərər görməyib. İran mediasında isə ABŞ-nin İran tankerinə zərbə endirməsindən sonra üç Amerika esminesinə hücum edildiyi iddia olunub.
Qeyd edək ki,ABŞ prezidenti Donald Tramp Vaşinqtonun cavabını “yüngül bir şillə” adlandıraraq, atəşkəs rejiminin hələ də qüvvədə qaldığını bildirib.
07:53 08.05.2026
Oxunuş sayı: 57