Paşinyanın 9 May paradında iştirak etməməsinin səbəbi açıqlanıb
9 mayda Rusiyada keçiriləcək tədbirlərdə iştirak edə bilməyəcəyəm.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat brifinqində bildirib.
Onun sözlərinə görə, belə bir qərar Ermənistanda qarşıdan gələn seçki kampaniyasında iştirak etməklə əlaqədar verilib.
Paşinyan qeyd edib ki, aprel ayında Rusiyaya səfərim zamanı Rusiya prezidenti Vladimir Putinə Ermənistandakı seçki kampaniyası səbəbindən 9 mayda keçiriləcək tədbirlərdə iştirak edə bilməyəcəyimi bildirmişdi.
Xatırladaq ki, 9 may şənbə günü Rusiyada ənənəvi olaraq Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsinə həsr olunmuş təntənəli tədbirlər keçiriləcək.
21:27 07.05.2026
Oxunuş sayı: 79