Rusiya MN Kiyev sakinlərinə xəbərdarlıq edib
Rusiya Müdafiə Nazirliyi Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını cavab zərbəsi ehtimalına qarşı şəhəri dərhal tərk etmələrinin vacibliyi barədə xəbərdar edib.
Crossmedia.az xəbər verir ki, bu barədəd TASS məlumat yayıb.
Hərbi departamentin bəyanatında qeyd olunur ki, əgər Ukrayna Qələbə Günü şənliklərini pozmaq üçün cinayətkar planlar həyata keçirməyə cəhd edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevin mərkəzinə qarşı cavab zərbəsi endirəcək.
"Biz Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhəri təcili olaraq tərk etmələrinin vacibliyi barədə xəbərdar edirik", - deyə nazirlik bildirib.
20:33 07.05.2026
Oxunuş sayı: 50