Rusiya Zelenskinin İrəvana səfərindən qəzəblənib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistan, Ukrayna və Azərbaycan ətrafındakı vəziyyətlə bağlı şərh verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ermənistan haqqında danışan Zaxarova bildirib ki, İrəvanda keçirilən Ermənistan-Avropa İttifaqı sammitindən sonra respublikanın getdikcə Avroatlantik məkana cəlb olunduğu aydın olub.
O, qeyd edib ki, Ermənistan hakimiyyətinin hazırkı kursu Ermənistanın Brüsselin Rusiya əleyhinə siyasətinə cəlb olunmasına və ölkənin özü üçün mənfi siyasi və iqtisadi nəticələrə səbəb ola bilər.
Zaxarova, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvanda keçirilən sammitdə iştirakına da münasibət bildirib.
Onun sözlərinə görə, Rusiya cəmiyyəti Rusiyanın dost və qardaş ölkə hesab etməyə öyrəşdiyi Ermənistanın Zelenskinin çıxışları üçün platformaya çevrilməsinə "dərin qəzəb və anlaşılmazlıqla" reaksiya verib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ukrayna lideri İrəvan platformasından rusofob hücumlar üçün istifadə edib.
20:21 07.05.2026
Oxunuş sayı: 44