Pezeşkian: Etirazlar üzərindən qurulan plan işə yaramadı
İsrail və ABŞ son müharibə dövründə İranı daxildən zəiflətmək və parçalamağa yönəlmiş siyasət yürüdüb.
Crossmedia.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
O iş adamları ilə görüşdə çıxışı zamanı deyib ki, İsrail və ABŞ sabitliyin təmin edilməsi ilə məşğul olan təhlükəsizlik strukturlarımızı hədəfə alıb.
Pezeşkianın sözlərinə görə, bu qüvvələr vəziyyətdən istifadə edərək ölkə daxilində narazılıq və etirazların artacağını, bunun isə hakimiyyətə təzyiq yaradacağını düşünürdü.
Prezident qeyd edib ki, müxtəlif ölkələrdə qiymət artımları səbəbilə etirazların baş verməsi fonunda oxşar ssenari İran üçün də planlaşdırılmışdı.
Pezeşkianın dediklərinə görə, ictimai dəstək və iş adamlarının fəaliyyəti bu planların həyata keçməsinin qarşısını alıb.
20:05 07.05.2026
Oxunuş sayı: 39