Gələcəyin mühəndisləri burada yetişəcək – bu ixtisasa maraq niyə bu qədər artıb?
Türkiyə-Azərbaycan Universitetində cari tədris ili üzrə qəbul göstəriciləri ali məktəbin nüfuzunun artdığını göstərir.
Crossmedia.az xəbər verir ki, bu fikri Türkiyə-Azərbaycan Universitetində keçirən infotur zamanı məlumat verilib.
Belə ki, kompüter mühəndisliyi ixtisası üzrə ən yüksək bal 674.3, sənaye mühəndisliyi üzrə 654.4, qida mühəndisliyi üzrə isə 553.6 təşkil edib.
Universitetdə təhsil dövlət hesabına və ingilis dilində həyata keçirilir. Tələbələrin akademik dil bacarıqları isə beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən inkişaf etdirilir.
Qeyd edək ki, bu ali təhsil ocağı həm Azərbaycanın, həm də Türkiyənin qabaqcıl universitetlərinin tədris imkanlarını birləşdirərək məzunlara həm yerli, həm də qlobal əmək bazarında geniş perspektivlər təqdim edir.
Elmir Heydərli
12:35 06.05.2026
Oxunuş sayı: 50