Qazaxıstanın Torayğırov Universitetinin nümayəndə heyəti BDU-da olub
Bakı Dövlət Universitetində Qazaxıstanın Torayğırov Universitetinin strateji inkişaf, beynəlxalq əməkdaşlıq və rəqəmsallaşma üzrə prorektoru Saltanat Aubakirova, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Aidana Algazinova ilə görüş keçirilib.
BDU-dan Crossmedia.az-a bildirilib ki, görüşdə elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov Bakı Dövlət Universitetinin yaranma tarixi, strukturu, tədris sistemi və elmi-tədqiqat fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, universitet son illərdə Qazaxıstanın aparıcı ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirir, qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verir.
Görüş zamanı tərəflər tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, ikili diplom imkanlarının araşdırılması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq qrant proqramlarında ortaq iştirak perspektivlərini müzakirə ediblər. Rəqəmsallaşma, innovasiya və təhsil texnologiyaları sahəsində təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi, birgə konfrans, seminar və akademik tədbirlərin təşkili istiqamətində razılıqlarını ifadə ediblər.
13:10 04.05.2026
Oxunuş sayı: 40