Soydaşımız peşəkar liqada qalib olub
Gürcüstanda fəaliyyət göstərən “Qafqaz Arena” İdman Assosiasiyasının yetirməsi Elvin Kazımov muaytay idman növü üzrə peşəkar liqalardan biri hesab olunan “Thailand Arena Stadium Liqası”nda uğurla çıxış edərək 1-ci yerə layiq görülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
10 ölkənin təmsilçilərinin qatıldığı yarışda Elvin Kazımov Avstraliyalı rəqibini məğlub edərək qalib adını qazanıb və beynəlxalq arenada növbəti uğuruna imza atıb.
Soydaşımızın peşəkar liqada əldə etdiyi bu qələbənin onun hazırlıq səviyyəsinin və əzmkarlığının bariz göstəricisi olduğu diqqətə çatdırılıb.
16:30 30.04.2026
Oxunuş sayı: 44