Azərbaycan–Çexiya əlaqələrinin yeni perspektivləri
Müasir beynəlxalq münasibətlər sistemində regional və qlobal çağırışların artdığı bir dövrdə Azərbaycan və Çexiya dövlətlərinin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir.Cari ilin aprelin 27-də Çexiya Respublikasının Baş Naziri Andrey Babiş tərəfindən ölkəmizə edilən səfər və Qəbələ şəhərində Prezident İlham Əliyevlə birgə mətbuata verilən bəyanatlar Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirdi. Bu görüş t cari əməkdaşlıq məsələlərinin müzakirəsi ilə məhdudlaşmadı, eyni zamanda iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın əsas istiqamətlərini də müəyyənləşdirdi.
Azərbaycan ilə Çexiya arasında
münasibətlərin tarixi çox dərin olmasa da, son illərdə bu əlaqələr dinamik
inkişaf yolu keçmişdir. Bu inkişafın əsasını qarşılıqlı etimad, siyasi dialoqun
intensivliyi və iqtisadi maraqların uzlaşdırılması təşkil edir. Qəbələdə
keçirilən yüksək səviyyəli görüş bir daha göstərdi ki, tərəflər mövcud
potensialdan maksimum istifadə etmək və əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə
yüksəltmək niyyətindədirlər. Xüsusilə Prezident İlham Əliyevin çıxışında
vurğulanan məqamlar bu əməkdaşlığın yalnız mövcud sahələrlə məhdudlaşmadığını,
eyni zamanda yeni istiqamətlər üzrə genişlənəcəyini təsdiqləyir.
Siyasi dialoq iki ölkə münasibətlərinin
əsas sütunlarından biridir. Bu gün Azərbaycan ilə Çexiya arasında fəal və açıq
siyasi dialoq mövcuddur. Bu dialoq ikitərəfli məsələlərdən əlavə regional və qlobal problemləri əhatə
edir. Qəbələdə keçirilən görüş zamanı tərəflər regional təhlükəsizlik, enerji təhlükəsizliyi,
Avropa məkanında baş verən geosiyasi proseslər və digər mühüm məsələlər ətrafında
geniş fikir mübadiləsi aparmışlar. Bu isə onu göstərir ki, Azərbaycan və Çexiya
beynəlxalq arenada bir-birini anlayan və bir çox məsələlərdə ortaq mövqedən
çıxış edən tərəfdaşlardır.
İqtisadi əməkdaşlıq Azərbaycan–Çexiya münasibətlərinin
əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Hazırda iki ölkə
arasında ticarət dövriyyəsinin 800 milyon ABŞ dollarını ötməsi əməkdaşlığın
real nəticələrini göstərir. Lakin bu rəqəm potensialın yalnız bir hissəsini əks
etdirir. Ticarət dövriyyəsinin strukturuna nəzər saldıqda əsas payın Azərbaycan
neftinin ixracına düşdüyü müşahidə olunur. Bu isə iqtisadi əlaqələrin daha da
şaxələndirilməsinin zəruriliyini ortaya qoyur. Prezident İlham Əliyevin
vurğuladığı kimi, əsas məqsəd ticarət dövriyyəsinin daha balanslı və dayanıqlı
strukturunun formalaşdırılmasıdır.
Bu baxımdan biznes forumların
keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Qəbələdə təşkil olunan biznes forum iki
ölkənin iş adamları arasında birbaşa əlaqələrin qurulması üçün mühüm platforma
rolunu oynayır. Çexiyadan Azərbaycana gələn geniş iş adamları heyəti iqtisadi əməkdaşlığın
genişlənməsi üçün real imkanlar yaradır. Bu cür tədbirlər yeni investisiya
layihələrinin başlanmasına, texnologiya transferinə və qarşılıqlı ticarətin
artmasına təkan verir. Xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi
hər iki ölkənin iqtisadi inkişaf strategiyalarına uyğun gəlir.
Energetika sahəsi Azərbaycan–Çexiya əməkdaşlığının ən
mühüm istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir ki, Çexiya üçün
etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Azərbaycan nefti Çexiyanın enerji
balansında mühüm yer tutur və bu əməkdaşlıq tərəflər arasında qarşılıqlı
etimadın göstəricisidir. Eyni zamanda Azərbaycan qazının Avropa bazarlarına
ixracı çərçivəsində Çexiyanın qonşu ölkələri də bu resurslardan faydalanır. Bu
isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da
artırır.
Bu kontekstdə Avropa İttifaqı ilə əməkdaşlıq
xüsusi qeyd olunmalıdır. Azərbaycan Avropa İttifaqı tərəfindən etibarlı enerji
tərəfdaşı kimi qiymətləndirilir. Bu qiymətləndirmə təsadüfi deyil. Azərbaycan
enerji resurslarının ixracında sabit və proqnozlaşdırıla bilən siyasət həyata
keçirir. Bu isə Avropa ölkələri, o cümlədən Çexiya üçün böyük əhəmiyyət
daşıyır. Gələcəkdə enerji əməkdaşlığının daha da genişlənməsi, alternativ
enerji layihələrinin həyata keçirilməsi və yaşıl enerji sahəsində birgə təşəbbüslərin
reallaşdırılması mümkün perspektivlər kimi çıxış edir.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq da diqqət çəkən
istiqamətlərdən biridir. Azərbaycan son illərdə öz müdafiə sənayesini sürətlə
inkişaf etdirir və bu sahədə yerli istehsal imkanlarını genişləndirir. Çexiya
isə müdafiə sənayesi sahəsində zəngin təcrübəyə malik ölkələrdən biridir. Bu
baxımdan iki ölkə arasında əməkdaşlıq qarşılıqlı faydalı xarakter daşıyır.
Hazırda Azərbaycan Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar alır və gələcəkdə
birgə istehsal layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Bu isə müdafiə
sənayesi sahəsində əməkdaşlığın yeni mərhələyə keçəcəyini göstərir.
Azərbaycan–Çexiya münasibətlərinin
inkişafında institusional mexanizmlər də mühüm rol oynayır. Hökumətlərarası
Komissiyanın fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu komissiya iqtisadi,
ticarət və texniki əməkdaşlığın koordinasiyası üçün əsas platforma rolunu
oynayır. Qəbələdə keçirilən görüş zamanı bu komissiyanın fəaliyyətinin daha da
intensivləşdirilməsi məsələsi müzakirə edilmişdir. Bu isə əməkdaşlığın sistemli
və davamlı şəkildə inkişafına şərait yaradır.
Humanitar və mədəni sahələrdə əməkdaşlıq da diqqətdən
kənarda qalmamalıdır. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin
genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət
edir. Tələbə mübadiləsi proqramları, birgə elmi layihələr və mədəni tədbirlər
bu əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edir. Bu sahədə əməkdaşlığın
genişlənməsi iki ölkə arasında münasibətlərin sosial əsaslarını daha da gücləndirir.
Regional və qlobal kontekstdə Azərbaycan–Çexiya
əməkdaşlığı xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan Cənubi Qafqaz
regionunda mühüm geosiyasi aktor kimi çıxış edir və regionda sabitliyin təmin
olunmasında mühüm rol oynayır. Çexiya isə Mərkəzi Avropanın inkişaf etmiş ölkələrindən
biri olaraq Avropa siyasətində fəal iştirak edir. Bu baxımdan iki ölkə arasında
əməkdaşlıq müxtəlif regionlar arasında körpü rolunu oynayır. Bu əməkdaşlıq həm
də Şərq ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət
edir.Mövcud reallıqlar göstərir ki, Azərbaycan–Çexiya münasibətlərinin gələcək
perspektivləri olduqca genişdir. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat,
logistika və rəqəmsal iqtisadiyyat kimi sahələr əməkdaşlığın genişləndirilməsi
üçün böyük potensiala malikdir. Xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində əməkdaşlıq
imkanları diqqət çəkir. Azərbaycan bu dəhlizin əsas iştirakçılarından biri kimi
Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır.
Çexiya isə bu dəhlizdən faydalanaraq yeni bazarlara çıxış əldə edə bilər. Bununla yanaşı, yaşıl enerji və dayanıqlı inkişaf
sahəsində əməkdaşlıq da perspektivli istiqamətlərdən biridir. Azərbaycan
bərpa olunan enerji mənbələrinin inkişafına böyük önəm verir və bu sahədə beynəlxalq
əməkdaşlığı genişləndirir. Çexiya isə texnoloji imkanları və təcrübəsi ilə bu
prosesə töhfə verə bilər. Bu isə hər iki ölkə üçün yeni iqtisadi imkanlar
yaradır.
Qəbələdə keçirilən görüş və səsləndirilən
bəyanatlar Azərbaycan–Çexiya münasibətlərinin strateji xarakter aldığını bir
daha təsdiqlədi. Bu münasibətlər qarşılıqlı maraqlara, etimada və uzunmüddətli əməkdaşlıq
perspektivlərinə əsaslanır. Mövcud əməkdaşlıq sahələrinin genişləndirilməsi və
yeni istiqamətlərin müəyyənləşdirilməsi iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə
gətirib çıxaracaqdır. Bu isə həm Azərbaycan, həm də Çexiya üçün siyasi,
iqtisadi və təhlükəsizlik baxımından mühüm dividendlər vəd edir.
Bəxtiyar Nəbiyev
YAP Yasamal
rayon təşkilatının sədri
16:46 28.04.2026
Oxunuş sayı: 42