Azərbaycan-Ukrayna əlaqələrində yeni istiqamətlər
Azərbaycan-Ukrayna əlaqələri daim müsbət dinamika ilə xarakterizə olunan münasibətlərdir və bu münasibətlər Prezidentin İlham Əliyevin hakimiyyəti dövründə daha da möhkəmləndirilməsi strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə, etimada və strateji baxışa əsaslanan əməkdaşlıq modeli kimi formalaşmaqdadır. İki ölkə arasındakı əlaqələr təkcə siyasi-iqtisadi münasibətlər çərçivəsində deyil, eyni zamanda xalqlar arasında humanitar o cümlədən elm və təhsil sahəsində yaxınlaşma və qarşılıqlı münasibətlərində inkişaf edir. Bu əməkdaşlıq sahəsi müharibədən əziyyət çəkən Ukrayna Enerji infrastrukturuna dəyən zərərin nəticələrinin aradan qaldırılması üçün elektrik generatorlarının göndərilməsi minlərlə insanın gündəlik həyatının təmin edilməsinə xidmət edir. Xüsusi ilə xəstəxanalar və sosial obyektlər üçün bu cür dəstək həyatı əhəmiyyət kəsb edir və Azərbyacanın məsuliyyəti tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Ölkə prezidenti Cənab İlham Əliyevin 2022-ci il il yanvar ayında Ukraynaya səfəri əlaqələrin yeni tarixi mərhələyə çatması da mühüm rol oynayıb. Ukrayna Prezidenti Zelenskinin aprelin 25-də Azərbaycana səfəri çərçivəsində Qəbələdə Prezident İlham Əliyevlə keçirdiyi görüş isə ikitərəfli münasibətlərin qarşılıqlı dərin etimada və möhkəm dostluğa əsaslandığını təsdiqləməklə müasir geosiyasi çağırışlar şəraitində strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçıları arasında keçirilən təkbətək və geniş tərkibdə görüşdə vurğulandığı kimi bu səfər vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradır, enerji kənd təsərrüfatı, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığa əlavə töhfələr vermək böyük inkişaf potensialına malik imkanların daha da böyüməsi üçün birgə addımların atılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan-Ukraynanın ərazi bütövlüyünün dəstəklədiyini dəfələrlə bəyan edib və son illər humanitar sahədə öz yardımını bir an olsa əsirgəməyib. Ukraynada uşaqlara olan diqqət və qayğı isə Azərbaycan xalqına xas xeyirxahlığın nümunəsi kimi Ukrayna Prezidenti və xalqı tərəfindən xüsusi təqdir olunur. Bu baxımdan Ukrayna Prezidenti Vlodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və dövlətimizin başçısı Cənab İlham Əliyevin onunla aprelin 25-də Qəbələdə keçirdiyi təkbətək və geniş tərkibdə görüşü ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm və geniş imkan yaratmaqla ikitərfli əməkdaşlığın daha da genişlənməsi üçün yeni mərhələlərin başlanğıcına qoyuldu.
Azərbaycan-Ukrayna əməkdaşlığında humanitar istiqamət xüsusi çəkisi ilə seçilir. Müharibə şəraitində yaşayan Ukrayna xalqına Azərbaycan dəstək göstərməkdə beynəlxalq həmrəyliyinə sadiqliyini əməli çəkilində göstərməklə digər xalqlara nümunə olacaq formada əməkdaşlığın dahada genişləndirməkdədir.
Azərbaycan-Ukrayna arasında çoxistiqamətli əməkdaşlığın mühüm prioritetlərindən biri iqtisadi investisiya mübadilələrini artırmaqdır. Tərəflər arasında bu sahədə daha böyük potensial mövcuddur. Xüsusilə də ikitərəfli ticarəti genişləndirmək üçün yaxşı imkanlar və perspektivdə qarşılıqlı ixtisaslı şaxələndirmə ilə sanballı hədəflərə çatmaq mümkündür.
Ukrayna Prezidenti Zelenski mətbuata bəyanatında səsləndirdiyi vacib detallardan biri də regional güc kimi qəbul edilən Azərbaycanın və onun Prezidentinin dünya siyasətində tutduğun yer və tərəfsiz vasitəçi kimi oynaya biləcəyi rol ilə bağlı idi.

Qoşqar Məmmədov
BDU-nun Ekologiya və Torpaqşünaslıq fakültəsinin dosenti
14:53 28.04.2026
Oxunuş sayı: 53