Qəbələ görüşü Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələnin başlanğıcıdır
25 aprel 2026-cı il tarixində Ukrayna Respublikasının Prezidenti Volodimir Zelenski Azərbaycana rəsmi səfəri zamanı Qəbələdə cənab Prezident İlham Əliyevlə təkbətək görüşmüşdür. Təkbətək görüşdən sonra hər iki prezident mətbuata birgə bəyanatlarla çıxış ediblər. Hər iki ölkənin başçılarının görüşü artıq müntəzəm xarakter daşıyır. Belə ki, son dörd il ərzində artıq yeddinci dəfədir ki, görüş baş verir. Davamlı dialoq ölkələr arasında anlaşmanın möhkəmlənməsinə, qarşılıqlı etimadın dərinləşməsinə və operativ qərarların qəbuluna şərait yaradır.
Azərbaycan-Ukrayna əməkdaşlığının çox güclü təməli var. Belə ki, 2008-ci il tarixində Kiyevdə və 2011-ci il tarixində isə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmış və bu sənədlər çox güclü siyasi sənədlər hesab olunur. Həmin sənədlərdə Azərbaycan və Ukraynanın qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı məsələləri qeyd olunub. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Bu da münasibətlərin siyasi etibarlılığını və strateji xarakterini müəyyən edən əsas amillərdən biridir. İkitərəfli münasibətlərin əsas dayaqlarından biri güclü siyasi təməldir. Bakı və Kiyev arasında formalaşmış siyasi iradə əməkdaşlığın bütün sahələrdə inkişafını stimullaşdırır. Bu təməl həm regional, həm də beynəlxalq məsələlərdə ortaq mövqelərin formalaşmasına imkan verir.
İki ölkə arasında siyasi dialoqdan əlavə, xüsusilə energetika sahəsindəki əməkdaşlığı qeyd etməklə yanaşı, həm əldə edilmiş nailiyyətlər var, həm də perspektivlər, birgə layihələr var. Buna əsas olaraq SOCAR uzun illərdir ki, Ukraynada uğurlu fəaliyyət göstərdiyinin şahidi oluruq. Şirkətin uzun illərdir Ukraynada uğurla fəaliyyət göstərməsi iqtisadi əlaqələrin dərinliyini və qarşılıqlı faydalı xarakterini nümayiş etdirir. Enerji sahəsində əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edir. Prezidentlərin görüşü zamanı hərbi-texniki əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Bu sahədə mövcud imkanlar və perspektivlər müzakirə edilərək, gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün zəminin olduğu qeyd edilib. Bu istiqamət iki ölkənin təhlükəsizlik sahəsində qarşılıqlı maraqlarının uzlaşdığını göstərir.
Son illərdə dövlət başçıları səviyyəsində keçirilən görüşlərin sayı münasibətlərin intensivliyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə son dörd ildə yeddi görüşün baş tutması, o cümlədən iki ay əvvəl Münxen səfəri çərçivəsində keçirilən görüş, əlaqələrin nə qədər dinamik inkişaf etdiyini təsdiqləyir. Bu dinamika həm siyasi dialoqun, həm də praktiki əməkdaşlığın genişlənməsinə xidmət edir.
Qəbələdə keçirilən bu görüş Azərbaycan–Ukrayna münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Siyasi dialoqun intensivliyi, iqtisadi və enerji sahəsində əməkdaşlıq, eləcə də hərbi-texniki istiqamətlərdə mövcud perspektivlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyini deməyə əsas verir. Bu baxımdan, Qəbələ görüşü yalnız cari vəziyyətin qiymətləndirilməsi deyil, həm də gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi dəyərləndirilir.

Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
08:49 28.04.2026
Oxunuş sayı: 58