Ermənistan KTMT-də daha aktiv rol oynamağı planlaşdırmır
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) daha aktiv rol oynamağı planlaşdırmır.
Crossmedia.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan mətbuat konfransında bildirib.
"Seçki proqramımızda KTMT-də daha aktiv rol oynamayacağımız açıq şəkildə bildirilirdi", - deyə o, qarşılıqlı əlaqənin dondurulmasından bəhs etmədiyini vurğulayıb.
Təşkilatdan çıxma ehtimalına toxunan Paşinyan, məsələ ilə bağlı yekun qərarın verilmədiyini və bunun vəziyyətin necə inkişaf edəcəyindən asılı olacağını bildirib.
22:45 23.04.2026
Oxunuş sayı: 59