Ukrayna təlimatçıları Almaniya hərbçilərinə təlim keçir
Ukrayna təlimatçıları Bundesver( Almaniya Silahlı Qüvvələrinin ) təlim mərkəzlərində alman qoşunlarına təlim verməyə başlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bundesverin baş müfəttişi Kristian Freydinq bildirib ki, ukraynalı təlimatçıların alman əsgərlərinin təliminə Pasxa bayramından əvvəl cəlb olunmasına başlanılıb. O, təlimin qərargah zabitləri ilə deyil, praktiki döyüş təcrübəsi olan əsgərlərlə aparıldığını vurğulayıb.
Ukrayna təlimatçıları artıq Zirehli Qüvvələr Məktəbində, Mühəndislik Məktəbində və Pilotsuz Sistemlər Təlim Mərkəzində çalışırlar. Artilleriya Məktəbi üçün əlavə təlimatçı qruplarının da yaradılması planlaşdırılır.
Freydinq təlim proqramının iki bacarığa yönəldiyini aydınlaşdırıb: dronlardan müdafiə və bütün növ silahlardan istifadə edərək hücum əməliyyatlarında dronlardan istifadə. Onun sözlərinə görə, Almaniya bu bacarıqları zirehli, mexanikləşdirilmiş piyada və artilleriya bölmələrinə daxil etmək istəyir.
"Ukrayna ordusu hazırda dünyada Rusiyaya qarşı cəbhə xəttində döyüş təcrübəsi olan yeganə ordudur", - Freydinq deyib.
20:49 23.04.2026
Oxunuş sayı: 50