Həsrət Cəfərov: Hazırlığımız yaxşı olmasaydı, görüşlərdə qalib gələ bilməzdim
Yunan-Roma güləşi üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan güləşçisi bu uğuru yaxşı hazırlıqla əlaqələndirib.
Crossmedia.az xəbər verir ki, bunu yarışda birinci yerə çıxan Həsrət Cəfərov bildirib.
"Getməmişdən əvvəl üzərimdə böyük bir məsuliyyət var idi", - o deyib və əlavə edib ki, Azərbaycanın güləş tarixinə düşə biləcəyini bilirdi:
"Bunun üçün çox yaxşı hazırlaşırdım. Gördüyünüz kimi, çox güclü görüşlərim keçib. Hazırlığımız yaxşı olmasaydı, görüşlərdə qalib gələ bilməzdim. İlk raundlarda geri qalaraq xal itirsəm də, növbəti mərhələdə yaxşı nəticə göstərərək xallarımı geri qaytara bildim".
Albaniyada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi üzrə milli komandanın Heydər Əliyev Aeroportunda qarşılanma mərasimi keçirilib.
21:03
Albaniyada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Heydər Əliyev Aeroportunda qarşılanma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, idmançılar jurnalistlərə açıqlama verib və öz hissləri ilə bölüşüblər.(Report)
21:07 23.04.2026
Oxunuş sayı: 54