Piyada keçidində faciə: avtomobil 58 yaşlı kişini vuraraq öldürdü
Pirallahıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə aprelin 19-u saat 21:35 radələrində Pirallahı–Qala yolunun Dübəndi bağ massivində qeydə alınıb.
Belə ki, “Mersedes” markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü İntizar Umudov piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Alətdin Salmanovu vurub.
Nəticədə piyada hadisə yerində həyatını itirib.
09:24 21.04.2026
Oxunuş sayı: 44