Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının “şahmat” idman növü üzrə yarışı baş tutub
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının “şahmat” idman növü üzrə yarışı baş tutub.
20.04.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində “şahmat” idman növü üzrə baş tutan yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildiriblər ki, Azərbaycanda müasir idman siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş uzaqgörən və məqsədyönlü strateji kursa dayanır. Bu gün Yasamal rayonunda Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilərək təşkil olunan silsilə idman yarışları da bu zəngin irsə göstərilən yüksək ehtiramın bariz ifadəsidir. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşəbbüsü ilə start verilən bu yarışlar gənclər arasında idmanın kütləviliyinin artırılmasına, sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir. Ulu Öndərin müəyyən etdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da zənginləşdirilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində idman sahəsi müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf edir, Azərbaycan beynəlxalq idman arenasında güclü və nüfuzlu ölkə kimi tanınır. Yasamal rayonunda keçirilən bu silsilə yarışlar da məhz həyata keçirilən məqsədyönlü dövlət siyasətinin real nəticələrinin təzahürüdür. Bu yarışlar qalibiyyət uğrunda mübarizə platforması olmaqla kifayətlənmir, eyni zamanda dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin ideyaları ətrafında birliyin, həmrəyliyin və vətənpərvərliyin rəmzi kimi çıxış edir. Ulu Öndərin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla inkişaf etdirərək yeni zirvələrə yüksəltdiyi idman siyasəti Azərbaycanın gələcək inkişafını təmin edən mühüm və perspektivli istiqamətlərdən biri kimi çıxış edir. Sonda çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayaraq onların yeni nailiyyətlərə imza atacağına inamlarını ifadə ediblər.
Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom və medallar təqdim edilib.
Sonda xatirə şəkilləri çəkdirilib.
15:00 20.04.2026
Oxunuş sayı: 70