Tramp: NATO köməyimizə gəlmədi
Aprelin 8-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonda NATO-nun baş katibi Mark Rutte ilə qapalı görüş keçirib.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
Ruttenin səfəri ABŞ rəhbərliyi ilə Avropa müttəfiqləri arasında bölgədəki vəziyyət sabitləşənə qədər Hörmüz boğazında əməliyyatlarda iştirak etməkdən imtina etmələri ilə bağlı münaqişə fonunda baş tutub.
Lakin Ağ Evdə iki saatlıq danışıqlardan sonra Tramp yenidən alyansı tənqid etdi.
"NATO ehtiyac duyduğumuz zaman köməyimizə gəlmədi və yenidən ehtiyac duysaq da, köməyimizə gəlməyəcək", - deyə o, "Truth Social"da yazıb.
21:40 16.04.2026
Oxunuş sayı: 65