Bir dövrün sonu: ABŞ-nin Suriyadakı hərbi mövcudluğu başa çatdı
ABŞ-nin Suriyadakı hərbi mövcudluğu, Suriyanın şimal-şərqində, Həsəkə vilayətində yerləşən Qasrak bazasından son karvanın çıxması ilə başa çatdı.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya mənbələri məlumat yayıb.
Məlumata görə, bölgəyə nəzarət artıq Suriya qüvvələrinə verilir.
Bu, 2014-cü ildə başlayan ABŞ-nin quru hərbi mövcudluğunun faktiki olaraq sona çatması deməkdir.
Bu qüvvələr İordaniya istiqamətində geri çəkiliblər.
21:27 16.04.2026
Oxunuş sayı: 55