"Neftçi" ikinci matçda qalib gəlib
Azərbaycan Basketbol Liqasından pley-off mərhələsində daha bir matç keçirilib.
Crossmedia.az xəbər verir ki, NTD və "Neftçi" komandaları üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan görüşdə "Neftçi" komandası 119:99 hesablı qələbə qazanıb.
Qeyd edək ki, NTD ilk dueldə qalib gəldiyi (97:94) üçün yarımfinala adlayan tərəf komandalar arasında keçiriləcək üçüncü görüşdə müəyyənləşəcək.
21:17 16.04.2026
Oxunuş sayı: 54