Kosmosda açan ilk bitki...
Uzun müddətdir ki, bəşəriyyətin kosmosdakı gələcəyi yalnız soyuq metallar və mürəkkəb texnologiyalarla təsəvvür edilirdi. Lakin son illərdə əldə edilən uğurlar sübut edir ki, yerüstü həyatın ən zərif nümunəsi olan bitkilər artıq kosmosun qaranlığında da öz rənglərini nümayiş etdirir. Bəs kosmosda açan ilk bitkilər hansı olub?
Gəlin, birlikdə kiçik möcüzəyə nəzər salaq.
İnsanlar ilk çiçəyin yaxın keçmişdə açdığını düşünsə də, əsl rekord 1982-ci ildə olmuşdu. Sovet İttifaqının "Salyut-7" orbital stansiyasında aparılan təcrübələr çərçivəsində Arabidopsis bitkisi çiçək açaraq tarixə düşdü. Bu kiçik bitki, mikrocazibə şəraitində toxumdan çiçəyə qədər tam bir həyat dövrünü tamamlayan ilk canlı oldu. Bu isə o dövr üçün əla nəticə idi. Müasir dövrün səs gətirən botanika hadisəsi isə 2016-cı ildə Beynəlxalq Kosmik Stansiyada baş verdi. NASA astronavtı Skott Kelli tərəfindən yetişdirilən parlaq narıncı rəngli zinnia çiçəyi, alimlər arasında o cümlədən, sosial mediada böyük marağa səbəb oldu. Bu təcrübə daha mürəkkəb bitkilərin, məsələn, tərəvəzlərin kosmik şəraitdə yetişdirilməsi üçün vacib sınaq idi.
Mütəxəssislərin fikrincə, kosmosda bitki yetişdirmək sadəcə elmi maraq deyil. Eyni zamanda, gələcəkdə Elon Musk tərərfindən qurulacaq Mars koloniyaları və uzunmüddətli kosmik səyahətlər üçün iki əsas amili təmin edir:
Avtonom Həyat- Bitkilər həm qida mənbəyidir, həm də karbon qazını udaraq oksigen istehsal edir. Bu isə astronavatlar üçün böyük bir əhəmiyyətə malikdir.
Psixoloji Sağlamlıq-Psixoloqların araşdirmasına görə, evdən milyonlarla kilometr uzaqda olan astronavtlar üçün canlının qayğısına qalmaq və onun çiçəklənməsini görmək tənhalıq hissi ilə mübarizədə ən təsirli vasitədir.
Maraqlı bir fakt var ki, kosmosda açan bitkilər Yerdəki bitkilərdən fərqli qoxa bilər. Bunun səbəbi mikrocazibə bitkinin efir yağlarının ifrazına təsir etdiyi üçün, bu çiçəklərin ətri daha zəif və ya tamamilə fərqli aromatda ola bilər. Bütün bu elmi araşdırmalar onu göstərir ki, botanika kosmik gəminin mühərriki qədər vacibdir. Çünki uzaq qalaktikalara gedən yol yalnız mühərrikdən deyil, həm də həyat verə bilən bu yaşıl laboratoriyalardan keçir.
19:54 13.04.2026
Oxunuş sayı: 70