Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür
Zərifə xanım Əliyeva – görkəmli alim, mərhəmətli insan, müqəddəs ana...
Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar
elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə
xanım Əliyevanın əsas məqsədlərindən biri Azərbaycanda oftalmologiya elminin və
göz xəstəlikləri tədqiqatlarının inkişaf etdirmək idi və bu məqsədinə nail odu.
Zərifə xanım Əliyeva bir məktəb yaratdı. Elə bir məktəb yaratdır ki, Azərbaycandan
kənardakı tibb mərkəzlərinə xəstələrin axınının qarşısı alndı. Akademik Zərifə xanım Əliyeva ətrafına istedadlı
gənc həmkarlarını toplayaraq alim nəsil yetişdirməyə nail olmuşdur.
Zərifə xanımın dünya tibb elminə yeni müalicə üsulları gətirmişdir. Akademik Zərifə xanım Əliyeva Azərbaycanda traxomanın
kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin
öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli
elmi-tədqiqatlar aparmışdır. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri
gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir.
Zərifə
xanım Əliyeva dünyada ilk dəfə olaraq
görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası
yaratmışdır. Beləliklə “peşə oftalmologiyası”nın
əsasını qoymuşdur. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin
görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin
profilaktikası tədbirlərini işləyib hazırlamışdır.
Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat
işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin Tibb
Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Məşhur
oftalmoloq akademik M.Krasnov: ”Əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət
versəydi, o, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbin rəhbəri ola
bilərdi”.
Professor Həşimovanın sözlərinə görə, Zərifə xanımın tədqiqatları
görmə analizatorda yaşla bağlı dəyişikliklərin öyrənilməsini əhatə edirdi. Görkəmli
rus oftalmoloqu və akademik A. Brovkin Z.Ə. Əliyevanın "Gözdə yaşla
bağlı dəyişikliklər və optik sinir yolu" kitabı haqqında yazırdı:
"Bu elmi əsər, mahiyyət etibarilə, oftalmologiyada yeni bir sahənin -
oftalmoloji gerontologiyanın təməlini qoydu."
Şübhəsiz ki, akademik Zərifə xanımın monoqrafiyası bu gün institutda
aparılan gerontoloji tədqiqatlarında daha da aktualdır.
Professor Həşimova təəssüflə qeyd edir ki, 1990-cı illərdə, təkcə
elmdə deyil, həm də bir çox digər sahələrdə tənəzzül dövründə laboratoriya
bağlanmışdı. Yalnız 2016-cı ildə onun fəaliyyəti əvvəlcə Görmə Sisteminin
Disfunksiyasının Neyrofizioloji mexanizmlərini öyrənmək üçün kiçik bir qrup
-"Görmə Fiziologiyası" – kimi bərpa edildi.
Biologiya elmləri doktoru Elmira Pənahova deyir: "Laboratoriya
baş direktorumuzun şəxsi təşəbbüsü ilə yenidən qurulub. Onun yeni adı Görmə və
Neyrodegenerativ Pozğunluqlar Fiziologiyası Laboratoriyasıdır. Qısa müddət ərzində
qrup vizual nəzarətli davranış, idrak prosesləri və yaddaşla əlaqəli
neyrodegenerativ pozğunluqların eksperimental modelləşdirilməsi üzrə tədqiqatları
uğurla həyata keçirib. Alzheimer xəstəliyinin eksperimental modeli istifadə
edilərək elmi cəhətdən əhəmiyyətli nəticələr əldə edilib.
Gözəl
ana, vəfalı ömür-gün yoldaşı, sadə azərbaycan ziyalısı – böyük alim, Zərifə
xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti gənc qızlarımıza bir
nümunədir.

Şəhla Xəlilova
YAP Yasamal Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri
14:52 13.04.2026
Oxunuş sayı: 51