Türkiyədə yenidən zəlzələ - Azərbaycan ərazisinə birbaşa təsiri yoxdur - Açıqlama
Türkiyədə növbəti zəlzələ hadisəsi qeydə alınıb. Bu barədə rəsmi mənbələr məlumat yayıb və yeraltı təkanların ölkənin cənub-qərb hissəsində, Antalya sahilləri yaxınlığında baş verdiyi bildirilib. Hadisə seysmik aktivliyin davam etdiyi bölgələrdə diqqəti bir daha bu sahəyə yönəldib.
Məlumata görə, zəlzələ 16-17 kilometr dərinlikdə baş verib və maqnitudası 4.7 olaraq qiymətləndirilib. İlkin məlumatlara əsasən, təkanlar orta gücdə hesab olunur və vəziyyət aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılır.
Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Rafiqqızı Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Türkiyədə baş vermiş zəlzələnin Azərbaycan ərazisinə birbaşa təsiri yoxdur. Azərbaycan seysmik fəallıq zonasında yerləşir və vaxtaşırı olaraq ölkə ərazisində maqnitudası 3 və daha yüksək olan zəlzələlər qeydə alınır. Lakin bu tip zəlzələlər əsasən zəif xarakter daşıyır və ciddi narahatlıq üçün əsas yaratmır".
Elmir Heydərli
16:30 13.04.2026
Oxunuş sayı: 66