Zəngəzur dəhlizi açılır: Paşinyan ELAN ETDİ
Ermənistan yeni iqtisadi inkişaf mərhələsinə daxil olur.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün sahibkarlarla keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, bu mərhələ Ermənistanla Azərbaycan arasında formalaşan sülh mühiti ilə bağlıdır.
Paşinyan qeyd edib ki, yaxın vaxtlarda mühüm hadisələrin baş verməsi gözlənilir və bu proses əsasən TRIPP layihəsinin icrasına başlanması ilə əlaqədardır. O vurğulayıb ki, bu layihə Ermənistanın blokadadan tam çıxması baxımından xüsusi əhəmiyyət daşıyır.
Baş nazir əlavə edib ki, əslində Ermənistan artıq blokadanın təsirini xeyli dərəcədə aradan qaldırıb. Belə ki, Azərbaycan ərazisindən ölkəyə dəmir yolu vasitəsilə yüklərin daşınması mümkündür və bu proses artıq həyata keçirilir. Bununla yanaşı, ixrac əməliyyatları Gürcüstan üzərindən də dəmir yolu ilə davam etdirilir.
Paşinyanın sözlərinə görə, Azərbaycanla dəmir yolu əlaqəsi ilkin mərhələdə məhz TRIPP layihəsi çərçivəsində bərpa olunacaq və bu marşrutun gələcəkdə bağlanmaması ilə bağlı siyasi razılaşma mövcuddur. O bildirib ki, bu xətt həm idxal, həm də ixrac üçün etibarlı və davamlı nəqliyyat dəhlizi rolunu oynayacaq.
16:21 13.04.2026
Oxunuş sayı: 64