Fidan: ABŞ və İran razılığa gələrsə...
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında mümkün razılaşma perspektivləri ilə bağlı açıqlama verib.
Crossmedi.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
O bildirib ki, hazırda müzakirə olunan əsas mövzuların 15 gün ərzində yekunlaşaraq hərtərəfli sazişə çevrilməsi real görünmür.
Fidanın sözlərinə görə, tərəflər arasında müsbət irəliləyiş əldə olunarsa, atəşkəs müddətinin əlavə olaraq 45 və ya 60 gün uzadılması gündəmə gələ bilər.
“Bu müddət ərzində danışıqlar davam etdirilə və mövcud problemlərin həlli üçün imkan yaradıla bilər”, – deyə o qeyd edib.
14:49 13.04.2026
Oxunuş sayı: 55