Peter Magyar: Macarıstan Rusiya ilə danışıqlara məcbur qala bilər
Macarıstanda “Tisa” müxalifət partiyasının lideri Peter Magyar ölkənin xarici siyasəti ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Macarıstan gələcəkdə Rusiya prezidenti Vladimir Putin ilə danışıqlar aparmağa məcbur qala bilər.
Siyasətçi qeyd edib ki, “nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişməyəcək və enerji asılılığı hələ bir müddət davam edəcək”.
Onun sözlərinə görə, Budapeşt lazım gələrsə Moskva ilə danışıqlar aparacaq, lakin Rusiya ilə dost münasibət qurmayacaq və eyni zamanda Kiyevin maraqlarını da təmsil etməyəcək.
Açıqlama ölkənin gələcək xarici siyasət kursu ilə bağlı müzakirələrə səbəb olub.
10:12 13.04.2026
Oxunuş sayı: 51