Trampın oğlu Macarıstanda seçkilərlə bağlı çağırış edib
ABŞ Prezidenti Donald Trampın oğlu Donald Con Tramp Macarıstanda seçkilərlə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp sosial şəbəkədə paylaşım edərək Macarıstanın Baş naziri Viktor Orbana dəstək ifadə edib və seçiciləri ona səs verməyə çağırıb.
O bildirib ki, Orban “müstəqil düşüncə”ni və “Əvvəlcə Macarıstan” prinsipini müdafiə edir. Trampın oğlu həmçinin qeyd edib ki, Orbán Avropada Vaşinqtonla birbaşa əlaqəsi olan nadir liderlərdən biridir.
Bu paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub və bəzi istifadəçilər tərəfindən xarici şəxsin başqa ölkənin seçkilərinə təsir göstərməsi kimi qiymətləndirilib.
03:20 13.04.2026
Oxunuş sayı: 47