İran–ABŞ danışıqlarında əsas fikir ayrılıqları məlum olub
İran və ABŞ arasında aparılan danışıqlarda əsas fikir ayrılıqları açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, tərəflər arasında ziddiyyətlər əsasən İranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməməsi və Hörmüz boğazı üzərində nəzarət məsələsi ilə bağlıdır.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens mətbuat konfransından sonra İslamabad şəhərindən ayrılıb.
Məlumata görə, danışıqlar təxminən 24 saat davam etsə də, yekun razılaşma gözlənilməyib. Buna baxmayaraq, rəsmi ABŞ prosesin davam etdirilməsi, danışıqların impulsunun qorunması və mövcud atəşkəsin uzadılması üçün ümidli olub.
15:30 12.04.2026
Oxunuş sayı: 47