ABŞ İranın bu şərtlərini QƏBUL ETMƏDİ
ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqlar dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tərəflər arasında əsas fikir ayrılığı boğaza nəzarət məsələsi ətrafında yaranıb. İran Hörmüz boğazındakı təsir imkanlarını qorumaqda və buradan keçən gəmilərə rüsum tətbiq etməkdə israr edir.
ABŞ isə bu şərtləri qəbul etməyib. Nəticədə tərəflər arasında razılıq əldə olunmayıb və danışıqlar prosesi faktiki olaraq dayanıb.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada baş verən hər hansı gərginlik qlobal bazarlara ciddi təsir göstərə bilər.
13:52 12.04.2026
Oxunuş sayı: 54