İran ordusunun generalı: Atəşkəs prosesinə ehtiyatla yanaşırıq
Atəşkəs prosesinə ehtiyatla yanaşırıq.
Crossmedia.az xəbər verir ki, bunu İran Ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya deyib.
O, danışıqlar uğursuz olarsa, uzunmüddətli müharibəyə hazır olduqlarını əlavə edib.
Beynəlxalq təhlillər də mövcud atəşkəsin çox kövrək olduğunu və hərbi əməliyyatların yenidən başlayacağının gözlənildiyini göstərir ki, bu da İranın bu dəfə necə cavab verəcəyi ilə bağlı suallar doğurur.
"Intel News"-un diplomatik mənbələrə əsaslanaraq tərtib etdiyi təhlilə görə, İran tarixdəki ən məşhur müharibə strategiyasını tətbiq etmək üzrədir.
Atəşkəsdən sonra, kamikaze dronlarına, ballistik raketlərə və dəniz ticarət yollarının bağlanmasına əsaslanan hazırkı müdafiə strategiyasına əlavə olaraq, İran ABŞ-nin quruya enişini gözləyir. İranın belə bir ehtimala cavabı tarixi boyu mövcud olan və buna görə də Tehranı əlçatmaz edən bir taktika olardı: "tam asimmetrik partizan müharibəsi".
21:10 11.04.2026
Oxunuş sayı: 66