İran və ABŞ arasında ekspert məsləhətləşmələri başa çatıb- Yenilənib
İran və ABŞ nümayəndə heyətləri ekspertlər səviyyəsində danışıqlar mərhələsini başa çatdırıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hazırda tərəflər müzakirə olunan məsələlərin yekunlarına dair yazılı protokollar mübadiləsi aparırlar.
Daha əvvəl bildirilmişdi ki, İslamabaddakı danışıqların gecə saatlarına qədər və ehtimal ki, bazar gününədək davam edəcəyi gözlənilir.
19:05
İslamabadda İran-ABŞ danışıqları daha bir gün uzadıla bilər.
Crossmedia.az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, ilkin məsləhətləşmələrdən sonra nümayəndə heyətləri bir sıra məsələlərin ətraflı və texniki müzakirələrinə keçiblər.
Danışıqlar bir günə planlaşdırılsa da, ekspert müzakirələrini davam etdirmək üçün onların başqa bir günə uzadılması ehtimalı var.
21:00 11.04.2026
Oxunuş sayı: 57