"Neftçi" Misli Premyer Liqasının XXVII turunda "Araz-Naxçıvan"a qalib gəlib
Avrokuboklara iddialı olan "Neftçi" Misli Premyer Liqasının XXVII turunda "Araz-Naxçıvan"a qalib gəlib.
Crossmedia.az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Ağ-qaralar"ın heyətində İmad Faraj (32) və Breno Almeyda (57) fərqləniblər.
Qonaq komandada isə Slavik Alxasov (65) dəqiq zərbə müəllifi olub.
Avrokubok zonasındakı əsas rəqibi "Zirə"nin xal itirməsindən (44 xal) yararlanan "Neftçi" 43 xalla beşincidir. "Araz-Naxçıvan" isə 39 xalla altıncı sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) matçlarında isə qalib müəyyənləşməyib.
22:11 11.04.2026
Oxunuş sayı: 43